ŞUŞA
14
İyul2026
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi
İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olmuşdur. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşılamışdır.
Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport vermiş, Slovakiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunmuş, daha sonra dövlət başçıları birgə rəsmi foto çəkdirmişdirlər.

