XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XANKƏNDİ

11

İyul

2026

“Xankəndi” hotelinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak etmişdir.

Dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılmışdır. Hoteldə ümumilikdə 101 otaq vardır. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite”, 2-si isə “executive suite” kateqoriyasına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcəkdir.

Hoteldə 20-si işğaldan azad edilmiş şəhər və rayonların sakinləri olmaqla 45 nəfər işlə təmin ediləcəkdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi