XANKƏNDİ
28
MAY2026
Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.
“GP Safety” MMC-də müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcəkdir. 35 nəfərin işlə təmin olunacağı bu müəssisə ildə 25 milyon cüt iş əlcəyi istehsal etmək imkanına malik olacaqdır. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə onların Avropa bazarına ixracı da planlaşdırılır.
Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilmişdir. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılmışdır. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilmişdir.

