ZƏNGİLAN
10
MAY2026
“Zangilan City Park Hotel”in təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoymuşdur.
Yeni hotelin ərazisi 1,5 hektar olacaqdır. Hotel 116 nömrədən ibarət olmaqla eyni vaxtda 241 qonağı qəbul edə biləcəkdir. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras yaradılacaqdır. Hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcəkdir.

