CƏBRAYIL
9
MAY2026
Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olmuşdurlar.
Şükürbəyli kəndinə, rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilmişdir. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Evlər 2, 3, 4 və 5 otaqlıdır.
Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülmüşdür. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilmişdir. Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilmiş, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “IP TV” şəbəkələri yaradılmış, yollar asfaltlanmışdır.

