XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

AĞDAM

24

Dekabr

2025

Ağdamda 2-ci yaşayış kompleksinin açılışı və sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak etmiş və buraya köçən sakinlərlə görüşmüşdürlər.

Ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə vardır. Burada 60 bina inşa edilmişdir. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil vardır. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar–fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcəkdir.

Kompleksdəki binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilmişdir. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilmiş, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılmışdır.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə köçən sakinlərlə də görüşmüşdürlər. Görüşdə çıxış edən dövlətimizin başçısı sakinləri öz doğma şəhərlərinə qayıtmaları münasibəti ilə təbrik etmişdir. Tədbirdə çıxış edən sakinlər Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik etmiş, ona uzun ömür arzulamışdırlar. Görüşdən sonra sakinlərə evlərin açarlarının təqdim edilməsi mərasimi olmuş və xatirə şəkilləri çəkdirilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi