CƏBRAYIL
28
Oktyabr2025
“Şəfəq” günəş-elektrik stansiyasına gedən avtomobil yolunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul–Bəhrəmtəpə–Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” günəş-elektrik stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etmişdir.
IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilmişdir.
