CƏBRAYIL
28
Oktyabr2025
Horovlu kəndinin sakinlərinə mənzil açarlarının təqdim edilməsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşmüşdür. Dövlətimizin başçısı Horovlunun işğaldan azad edilməsinin Vətən müharibəsinin ilk günlərində əldə edilən böyük nailiyyətlərdən biri olduğunu vurğulamış və kənddə yaradılan müasir infrastruktur, məktəb, uşaq bağçası, tibb məntəqəsi, həyətyanı sahələr və iş yerlərinin sakinlər üçün geniş imkanlar açdığını bildirmişdir.
Prezident İlham Əliyev Horovluya birinci mərhələdə 1400 nəfərin köçürüləcəyini, gələcək mərhələlərdə isə daha çox ailənin doğma yurduna qayıdacağını qeyd etmişdir. Sakinlər yaradılan şəraitə görə dövlət başçısına təşəkkürlərini bildirmiş və kəndin əvvəlkindən daha müasir şəkildə bərpa edilməsini yüksək qiymətləndirmişdirlər.
Görüş zamanı Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim etmişdir.
