XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

CƏBRAYIL

28

Oktyabr

2025

Horovlu kəndinin birinci mərhələsinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etmişdir.

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilmişdir. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, günəş panelləri, yüksəksürətli internetlə təmin olunmuşdur. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilmişdir.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilmişdir.

Kənddə tarixən istifadə olunmuş, lakin işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilmişdir. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaqdır.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunmuşdur. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılmışdır. Eyni zamanda, burada bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınmışdır. Kənddaxili yollara asfalt döşənmişdir. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilmişdir.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi