ŞUŞA
16
Sentyabr2025
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın sentyabrın 16-da Şuşada rəsmi qarşılanma mərasimi keçirilmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan fəxri qarovulun qarşısından keçmiş, dövlət himnləri səsləndirilmişdir.
Tərəflər nümayəndə heyətləri ilə qarşılıqlı tanışlıqdan sonra rəsmi foto çəkdirmişdirlər.
