KƏLBƏCƏR
21
Avqust2025
Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoymuşdur.
Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaqdır. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcəkdir. Kompleksdə 476 mənzilin inşası planlaşdırılmışdır ki, onlardan 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaqdır.
Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaqdır. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaqdır. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcəkdir. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcəkdir.
