XANKƏNDİ
19
İyul2025
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşmüşdür.
52 ölkədən 140-dan çox iştirakçı, o cümlədən 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndəsinin iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev iştirakçıların suallarını cavablandırmış, ölkənin informasiya siyasəti, rəqəmsal texnologiyalar sahəsində atılan addımlar və media sahəsində aparılan islahatlar barədə fikirlərini onlarla bölüşmüşdür. Görüşün sonunda xatirə fotosu çəkilmişdir.

