YANVAR – İYUN, 2023

4

May

330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını etmişdir.

Ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi–Cəbrayıl” ötürmə xətti “AzərEnerji” tərəfindən bir ildə tikilmiş və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulmuşdur.

Üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirtmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılmışdır. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilmişdir.