LAÇIN
28
MAY2025
28 May – Müstəqillik Gününə həsr olunmuş konsert
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 28-də Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramında iştirak etmişdirlər.
Tədbir Azərbaycan, Türkiyə və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Prezident İlham Əliyev çıxış edərək üç qardaş ölkənin birliyini və həmrəyliyini vurğulamış, 30 illik işğaldan sonra Laçının azad olunmasını tarixi ədalətin bərpası kimi dəyərləndirmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında “üç dövlət, bir millət” fikrini səsləndirərək Azərbaycanın qazandığı Qələbəni bütün türk dünyasının uğuru kimi qiymətləndirmişdir. Pakistanın Baş naziri Şahbaz Şərif isə Azərbaycanın ərazi bütövlüyünün bərpasını yüksək qiymətləndirmiş və Pakistanın hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirmişdir.
Tədbirin sonunda hər üç ölkənin musiqilərindən ibarət konsert proqramı təqdim olunmuşdur.


