YANVAR – İYUN, 2021

14

İyun

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlinin qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymuşdur.

Burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaqdır. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaqdır.