İYUL – DEKABR, 2021

20

Oktyabr

“Zəngilan” yarımstansiyasının açılışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak etmişdirlər. Tədbir zamanı Prezident İlham Əliyev “Zəngilan” yarımstansiyasını işə salmışdır.

Elektroenergetika infrastrukturu tamamilə dağıdılmış Zəngilan rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından ümumi uzunluğu 110 kilometr olan ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilmişdir. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülmüşdür. Yarımstansiya binası müasir avadanlıqla təchiz olunmuş, 25 MVA gücündə 2 transformator quraşdırılmışdır. Gələcəkdə şəbəkənin genişləndirilməsi nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Burada qurulan mikro-SCADA dispetçer idarəetmə sistemi yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunmasına və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsinə imkan verir.