İYUL – DEKABR, 2022

19

Oktyabr

Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdirlər və dövlətimizin başçısı təhsil müəssisəsinin təməlini qoymuşdur.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verərək bildirmişdir ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcəkdir. Üçmərtəbəli məktəb modul tipli siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun və idman meydançalarından, giriş hissədən ibarət olacaqdır.