İYUL – DEKABR, 2021

3

Oktyabr

“Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimi

Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmiş və stansiyaları işə salmışdır.  

“Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaqdır. Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Hər iki stansiya əsaslı şəkildə yenidən qurulmuş, o cümlədən onların idarəetmə mərkəzinin binaları və avadanlıqları, stansiyalararası elektrik veriliş xətti tam yenilənmişdir.