31
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə oktyabrın 31-də Soçidə görüşü olmuşdur.
Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin görüşün birgə Bəyanatını razılaşdırdıqlarını, ancaq bəzi məqamların razılaşdırılmasının mümkün olmadığını, əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələrin çıxarılmalı olduğunu, lakin ümumilikdə bu görüşün çox faydalı olduğunu və bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaratdığını qeyd etmşdir. Bu görüşün bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdığını bildirmişdir. Çıxışının sonunda Vladimir Putin dövlətimizin başçısına və Ermənistan baş nazirinə görüşdə iştiraklarına görə təşəkkür etmişdir.