YANVAR – İYUN, 2024

12

Mart

Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin heykəllərinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Şuşa şəhərində Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxmışdırlar.

İşğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəmişdilər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilmiş və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılmışdı. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılmışdır.