İYUL – DEKABR, 2021

16

Avqust

Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olmuşdur.

Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanmışdır. Ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.