İYUL – DEKABR, 2021

26

Oktyabr

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymuşdurlar.

Prezidentlər əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar. Əhmədbəyli-Füzuli-Şuşa yolu altı-dörd cərgədən ibarət olacaqdır. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcəkdir. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

Azərbaycanda ən böyük tuneli “Çingiz İnşaat” inşa edir. Uzunluğu 11 min 600 metr olan bu tunel Toğanalı-Kəlbəcər yolundakı Murovdağ tunelidir. Artıq tunelin 350 metri qazılmışdır. Murovdağ tunelindən əlavə Qorçu aeroportunun 3,5 kilometrlik Laçın-Kəlbəcər tuneli də vardır. Ümumiyyətlə Azərbaycanın Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Hazırda Türkiyə şirkətlərində 6587 işçi çalışır. Onların 1832 nəfəri Türkiyə vətəndaşı, 4500 nəfəri isə Azərbaycan vətəndaşıdır. Qarabağ zonasında işləyən şirkətlərdə ümumilikdə 13 min 280 nəfər çalışır.

Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu Ağbəndə, Ermənistan sərhədinə qədər 123,6 kilometrdir. Bu yolun üzərində 3 tunel yerləşir. Uzunluğu ümumilikdə 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metr iş görülmüşdür. Bu hissədə bütün yolu “Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı yerləşir. Hava limanına gedən yolun 20 kilometrlik hissəsini “Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcəkdir. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaqdır.