YANVAR – İYUN, 2022

27

May

“Ağıllı kənd”də ictimai iaşə obyektləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Ağalı kənd meydanında “Kapital Bank” ASC-nin Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə tanış olmuşdurlar.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunmuşdur. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə tikilmiş üçotaqlı evlərin birinə baxış keçirmişdirlər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), birmərtəbəli 60 yerlik uşaq bağçası və 360 şagird yerlik ikimərtəbəli kənd orta məktəbi binası ilə, “Aqroservis” ASC tərəfindən təqdim edilən “ağıllı kənd təsərrüfatı” texnikaları ilə, “Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə tanış olmuşdurlar.