4
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Ağdam rayonunun Sarıcalı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev kəndin təməlini qoymuşdur.
Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılmışdır.
Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcəkdir. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaqdır. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.