YANVAR – İYUN, 2021

26

Aprel

Zəngilanda Beynəlxalq Hava Limanının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel tarixində Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoymuşdur. Bu hava limanı bölgənin inkişafında mühüm rol oynayacaqdır. Hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq və bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaqdır.