18
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoymuşdur.
Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaqdır. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaqdır. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaqdır.