YANVAR – İYUN, 2022

27

May

Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olmuşdurlar.

Burada 40 hektar sahədə intensiv ərik bağı salınmışdır. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilmişdir. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulmuşdur.

İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzi tikiləcəkdir. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaqdır.