YANVAR – İYUN, 2021

26

Aprel

Zəngilan məscidində bərpa-quruculuq işləri

İşğaldan azad edilən ərazilərimizdə olan dini abidələrin, məscidlərin bərpası işləri və yeni məscidlərin tikilməsi sürətlə davam etdirilir. Bu tarixi-dini abidələrdən biri də Zəngilan məscididir.

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalmış, dağıdılmış, təhqir edilmişdir. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunmuşdur.

Zəngilana səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Zəngilan məscidini ziyarət etmiş, üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörmüşdürlər.