YANVAR – İYUN, 2022

26

May

Zəngilan məscidində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.

Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulmuşdur. Burada bərpa işləri fasiləsiz olaraq həyata keçirilməkdə davam edir.