YANVAR – İYUN, 2021

26

Aprel

Zəngilan-Horadiz avtomobil yolunun təməl qoyulması

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə bir neçə yol layihəsinin icrasına başlanılmış və hal-hazırda uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Bu baxımdan aprelin 26-da Zəngilana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlini qoyduğu Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarətdir.