YANVAR – İYUN, 2021

14

İyun

Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olmuşdur.

Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaqdır. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaqdır.