YANVAR – İYUN, 2024

12

Mart

“Yasəmən” hotelinə baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” hotelində olmuşdurlar.

Şuşa şəhərinin Köçərli küçəsində yerləşən və işğal zamanı dağıdılan həmin binalar Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək hotel kimi istifadəyə verilmişdir. Autentik üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryeri və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Hotel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir.