İYUL – DEKABR, 2021

30

Avqust

“Yaddaş. Fotoqrafik tarix” sərgisi

Heydər Əliyev Fondu tərəfindən avqustun 30-da Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi təşkil edilmişdir. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirmişdir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirmiş, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilmiş, bir sıra rayon və şəhərlər yerlə-yeksan olmuşdur.

Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar təqdim edilmişdir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar nümayiş olunmuşdur.