20
Dekabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocalı rayonuna səfərləri zamanı rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçirmişdirlər.
Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənmişdir.