YANVAR – İYUN, 2024

18

Mart

Xankəndidə Novruz tonqalı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırmışdır.

2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı alovlandıran dövlətimizin başçısı bunun böyük xoşbəxtlik olduğunu qeyd edərək Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdir.