YANVAR – İYUN, 2024

10

May

Xankəndi–Şuşa–Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi–Şuşa–Laçın avtomobil yolunda görülən işlərlə tanış olmuşdur.

Xankəndi–Şuşa–Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaqdır. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilmişdir. Digər iki tuneldə – 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaqdır.