YANVAR – İYUN, 2021

12

May

“Xan qızı” bulağının bərpa işləri

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada bərpa-quruculuq işləri tamamlanmış olan “Xan qızı” bulağında olmuşdurlar.

Ailə üzvləri ilə birlikdə bulağın suyundan içən Prezident İlham Əliyev deyib: “Natəvan bulağından yenə su gəlir. Natəvan bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olmuşdur. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edililmişdir. Bu gün bu bulaqdan su içmişəm”.