YANVAR – İYUN, 2021

15

İyun

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya rəsmi səfəri və Şuşa Bəyannaməsinin imzalanması

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərində rəsmi səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşıladıqdan sonra dövlət başçıları Şuşa şəhərinə yola düşmüşdürlər.

Şuşada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olmuş, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir.

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilmişdir. Təkbətək görüşdən sonra Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini” imzalamışdırlar.

Şuşa şəhərinə səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət etmiş, “Xan qızı” bulağında olmuşdurlar.