İYUL – DEKABR, 2021

3

Oktyabr

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoymuşdur. Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru gedən yeni yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcəkdir.