YANVAR – İYUN, 2024

12

Mart

Şuşanın Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Şuşa şəhərinin Baş planı ilə tanış olmuşdurlar.

Şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunub saxlanılması əsas götürülmüşdür. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulmuşdur. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapmışdır. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.