17
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya mayın 17-də Şuşanın Baş planı barədə məlumat verilmişdir.
Şəhərin Baş planı hazırlanarkən onun tarixi simasının qorunub saxlanılması əsas götürülmüşdür. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulmuşdur. Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini tapmışdır. Hazırda Baş plan əsasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.