YANVAR – İYUN, 2021

12

May

Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada görülən bərpa işləri

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada olmuşdurlar.

Dövlətimizin başçısına və birinci xanıma görülən bərpa işləri ilə bağlı məlumat verilmiş, qeyd edilmişdir ki, burada səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılacaq və inzibati bina ən müasir səviyyədə yenidən qurulacaqdır.