10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak etmişdirlər. Açılış zamanı dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtükləri götürmüşdür.
Uzunluğu 438 metr, eni isə 14 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10–11 metr aralığında dəyişir. Şuşada əsas küçələrdən biri də Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu 293 metr, eni isə 10 metrdir.