YANVAR – İYUN, 2021

12

May

Şuşada Xan qızı Natəvanın sarayına baxış keçirilməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirmişdirlər.

Şuşa şəhərində Xan qızı Natəvanın evi işğal dövründə dağıdılmışdır. Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdır. XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olmuşdur.

İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılmışdır. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcəkdir.