YANVAR – İYUN, 2024

10

May

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olmuşdurlar.

Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunmuşdur. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlamışdır. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərmişdir. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalmış, digərləri məhv edilmişdir.

Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.