10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Dövlətimizin başçısı yaşayış kompleksinin təməlini qoymuşdur.
Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaqdır. Hazırda binanın layihələndirmə işləri başa çatdırılmışdır. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır.