YANVAR – İYUN, 2024

17

May

Şuşada Bülbülün ev-muzeyini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olmuşdurlar. Ali qonağa muzey barədə məlumat verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul etmişdir. Bina 1982–1983-cü illərdə təmir olunmuş, muzey ekspozisiyası qurulmuş və önündə inzibati bina inşa edilmişdir. Ev-muzeyi Birinci Qarabağ müharibəsi zamanı – 1992-ci ildə erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdır. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılmış və 2021-ci il avqustun 29-da muzeyin açılışı olmuşdur.