YANVAR – İYUN, 2021

12

May

Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlqoyma tədbirində iştirak etmişdirlər.

1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulmuş, 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunmuşdur. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağı erməni vandalizmi nəticəsində tamamilə dağıdılmışdır.

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.