YANVAR – İYUN, 2023

10

May

Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak etmişdirlər.

Şuşada Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən başlanılmışdır. Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə əsaslı təmir işləri aparılacaqdır. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialının fəaliyyət göstərməsi nəzərdə tutulur.