YANVAR – İYUN, 2024

17

May

Şuşa qala divarlarını ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşa qala divarlarını ziyarət etmişdirlər. Belarus Prezidentinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilmişdir.

Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş qala uzun müddət şəhəri xarici müdaxilələrdən qorumuş, alınmazlıq rəmzi olmuşdur. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalmış, Şuşa işğaldan azad edildikdən sonra burada təmir-bərpa işləri aparılmışdır.